Webtrack Logistics – çatdirilma xidmətlərinin işinin bütün mərhələlərinə nəzarət üçün yaradılmış universal proqramdır. Bu əlavə logistika və malların daşınması sahələrində bir çox məsələlərin həllinə kömək edir:
- Daşımaların təşkili;
- Nəqliyyat proseslərinin optimallaşdırılması;
- Xərclərin azaldılması.
Yeni xidmətin tərkibinə dispetçer üçün veb variant və sürücü və ya kuryer üçün mobil əlavə daxildir.
Webtrack Logisticsin veb variantı
Veb varint iş prosesinə: sifarişlərin yerləşdirilməsi, planlaşdırılması və bölgüsünə, marşrutların optimallaşdırılmasına, həmçinin çatdırılma prosesinin izlənilməsi və əlaqələndirilməsinə səmərəli nəzarəti təmin edir. Dispetçerlər üçün variant Webtrack sisteminin interfeysinə əlavə qismində mövcuddur. Sifarişlərlə iş bir-neçə mərhələdə həyata keçirilir.
Sifarişlər
Əvvəlcə istifadəçi aşağıdakı zəruri məlumatı qeyd etməklə sifariş hazırlamalıdır:
- Sifarişin adı və onun dəyəri;
- Ünvan, zaman kəsiyi və radius;
- Müştərilər barədə məlumat (ad, telefon, e-mail);
- Malın xüsusiyyəti və təsviri;
- Yükün boşaldılma vaxtı.
Vacib bəndlərin doldurulması gələcəkdə sifarişlərin rahat axtarışını və yoxlanılmasını təmin edir. Sifarişdəki ətraflı məlumat dispetçer-sürücü-müştəri əlaqəsinin səmərəliliyinə imkan yaradır, müştəri ilə şəxsi əlaqələr zamanı səhvə yol verməməyə və malın çatdırılma vaxtını dəqiq hesablamağa kömək edir.
Sifarişin tərtibi zamanı fayl qoşma imkanı sifariş üçün zəruri olan sənədləri, istər qaimə, istərsə də ödənişin təsdiqi, məhsulun siyahısı, yaxud müştərinin fotosu olsun, həmişə əl altında saxlamağa imkan verəcəkdir. Sifarişə qoşulmuş fayllara istənilən vaxt baxmaq mümkündür.
Webtrack Logisticsdə həmçinin, məlumatların idxal (import) edilməsi imkanı nəzərdə tutulmuşdur. Sifarişlərin idxal edilməsi rejimində sistem .csv fayllarından zəruri məlumatları tutuşduraraq yoxlayır və sifarişlərin ilkin təhlilinin nəticələrini üzə çıxardır ki, siz sonradan həmin nəticələrlə işləyirsiniz. Bu funksiya sifarişlərin tərtibi üçün kənar uçot sistemlərindən istifadə edən iri şirkətlər üçün sifarişlərin hazırlanması prosesini sürətləndirir və sadələşdirir.
Marşrutun planlaşdırılması
Planlaşdırma mərhələsi 3 addımdan ibarətdir – sifarişin seçilməsi, NV-in seçilməsi və sifarişin NV üzrə ilkin bölgüsü.
“Planlaşdırma” bölümündə sifarişlərə cədvəl şəklində, həmçinin məqsədli ünvanların yerləşməsinə xəritədə baxmaq mümkündür. Rahatlıq üçün proqramda müxtəlif süzgəclər (misal üçün, çatdırılma vaxtı üzrə, anbarların olduğu çatdırılma rayonu üzrə) nəzərdə tutulmuşur.
Coğrafi zonaların (ərazilərin) və ya obyektlərin anbarlara bağlılığı şirkətin həmin bölgədəki avtomobil parkı ehtiyatlarının düzgün paylanmasını təmin və nəticə etibarı ilə, çatdırılma vaxtına və yanacağa qənaətə kömək edəcəkdir.
Anbarların idarə olunması proqramdakı kökləmələrdə həyata keçirilir, burada həmçinin sifarişlərin defolt (proqramın parametrlərinin avtomatik həlli) xüsusiyyətlərini vermək mümkündür. Beləliklə, əgər siz daimi olaraq çoxsaylı eynitipli sifarişlər tərtib edirsinizsə, bu zaman onların hər birini yenidən kökləmək lazım gəlmir.
Növbəti mərhələdə dispetçerin nəqliyyat vasitəsini seçmək imkanı yaranır. Mümkün nəqliyyat vasitələri barədə məlumat NV-nin tipi (modeli) üzrə süzgəc imkanını da nəzərdə tutan cədvəl şəklində təqdim olunur.
Üçüncü mərhələdə sistem seçilmiş sifarişləri göstərilən NV arasinda avtomatik olaraq bölüşdürür. Sifarişləri bölüşdürmənin meyarları qismində routinq (minimal zaman və məsafə), çatdırılma müddətinin və boşaldılma vaxtının hesabı, faydalı tutuma və kütləyə görə optimal doldurulma çıxış edir.
Bölüşdürmə funksiyasının işinin nəticəsi olaraq dispetçer sifarişlərin vaxt cəhətdən planlaşdırılan gəlmələri və yürüşü barədə əvvəlcədən formalaşmış marşrut əldə edir
Marşrutlar təsdiq olunana qədər dispetçer sifarişlərin NV üzrə bölgüsünün keyfiyyətinə baxa və zəruri hallarda müvafiq dəyişiklilər edə, misal üçün sifarişi kənarlaşdıra, onu başqa NV-ə keçirə, yaxud icrasının ardıcıllığını dəyişdirə bilər. Bundan sonra sistem, dəyişikliklərə uyğun olaraq marşrutları yenidən müəyyənləşdirir.
Əgər hər şey dispetçeri qane edirsə, o, bölgünü təsdiq edir və sistem tapşırğın icrasını izləməyə başlayır.
Marşrutlara nəzarət
Bu rejimdə dispetçer marşrutların qət edilməsini sistemdə izləyə və sürücü ilə telefonla və ya quraşdırılmış çatla əlaqə saxlayaraq müxtəlif vəziyyətlərə operativ reaksiya verə bilər.
Marşrutlar özləri həm cədvəl şəklində, həm də xəritədə təqdim olunur. Burada sifarişlər barədə məlumatlar və onların yerinə yetirilməsi vəziyyəti: qət edilmə ardıcıllığı, müddətdən kənara çıxma faktları (gecikmə, qabaqlama), malın gəlməmə və çatdırılma faktları əks olunur.
Sistemdə marşrutların qət edilməsinə dair hərtərəfli məlumatın mövcudluğu marşrut vərəqələrinin və ya sifariş üzrə hesabatların tərtib edilməsi üzrə əlavənin təhlil imkanlarından tam şəkildə istifadəyə imkan verir. Bu proseslərin avtomatlaşdırılması ofis mütəxəssislərinin vaxtına qənaət etdirir və sürücülərin əməyini yüngülləşdirir.
Webtrack Logisticsin mobil versiyası
Mobil iOS/Android versiya kuryerlər və ya digər mobil işçilər üçün nəzərdə tutulmuşdur. Telefon nömrəsinin təsdiqindən sonra sistem qeyd olunan nömrə üzrə sürücünü axtarmağa başlayır və onun nəqliyyat vasitəsinə təyinatını yoxlayır.
Nəqliyyat vasitəsi aşkar edilən zaman sifarişlər barədə ətraflı məlumat və onların xəritədə yerləşməsi mobil əlavədə əks olunur. Bütün zəruri məlumatı alan sürücü yubanmadan işə başlaya bilər. Bu zaman, yeni əlavə sürücüyə smartfonu GPS-treker şəklinə salmağa imkan verir və bununla da dispetçerə obyektin hərəkətinə, hətta onun xüsusi avadanlıqla təchiz edilmədiyi halda da, nəzarət etməyə kömək edir.
Onlayn rejimdə sürücü dispetçerə sifarişin yerinə yetirilməsinin gedişi barədə (çatdırılmanı təsdiq və ya ləğv etməklə) məlumat verə, çatdırılma ilə bağlı fotoşəkil və şərhlər qoya, habelə dispetçerlə əlaqə üçün çatdan istifadə edə və ya telefon nömrəsi məlumdursa, müştəriyə zəng vura bilər. Əlavə həmçinin çat vasitəsi ilə fotoşəkil mübadiləsi imkanını dəstəkləyir. Şirkət və müştəri arasında nizama salınmış əlaqənin mövcudluğu çatdırılma prosesində qarşıya çıxan istənilən problemin, istər malın gecikməsi, yaxud xarab olması olsun, həllinə imkan verəcəkdir.
Sazlamalarda nəzarət üçün mövcud xəritə qatlarını və fotoşəkillərin keyfiyyətini seçmək mümkündür. Bundan başqa, sürücüdə NV-i xəritədə mərkəz nöqtə kimi qeyd etmək, yaxud bütün marşrutu görmək, müəyyən vaxt üçün mövcud sifarişlərə baxmaq və ya bir-neçə marşruta qoşulmaq imkanı yaranır. Beləliklə sürücü daim özünün yerini, sifariş yerinə qədər olan məsafəni və marşrutun qət edilmə vəziyyətini bilir.
Mobil versiyadan başqa, sürücü planşetlər üçün versiyadan da istifadə edə bilər. Bu versiya ona mobil qurğudan istifadə etməklə sifarişlərə cədvəldə və ya xəritədə eyni vaxtda baxmağa imkan verir.
Hazırda Android üçün əlavə mövcuddur, İOS üçün versiya AppStoredə bir-iki həftə ərzində işıq üzü görəcəkdir.
Ümidvarıq ki, yeni əlavə dispetçerləri və səyyar işçiləri daha da yaxınlaşdıracaq və onların əlaqəsini sadələşdirəcəkdir. Webtrack Logisticslə işləməyə başlayın və öz şərhlərinizi və təkliflərinizi bizim forumda paylaşın. Yeni xidmətin fəaliyyəti ilə əlaqədar istənilən məsələyə dair A+A Security-nin texniki yardlmına müraciət edin. Həmçinin Webtrack Logisticsin işinə dair müfəssəl sənədlər də mövcuddur.