Dəstək & FAQ

Tez-tez verilən suallar və cavablar

Bəli. Əgər həmin ərazilərin koordinatları varsa, onlar sistemə Geozona kimi daxil edilə bilər.
Bəli. Bunun üçün şirkətin istifadə etdiyi statik IP-ləri qeyd etmək lazımdır.
İzləmə səhifəsindəki “ALL” düyməsinə basmaqla Siz yeni əlavə olunmuş NV-ni  görə bilərsiniz.
“Nəzarət” panelindən NV-ni silməklə Siz onları tamamilə silmiş olmursunuz. NV-nin hamısını geri qaytarmaq üçün sadəcə “ALL” düyməsinə basmanız kifayətdir.
NV-nin qarşısındakı xananı qeyd etməklə onların xəritədə əks olunmasını həyata keçirə bilərsiniz.
Səbəblər aşağıdakılar ola bilər:
1. “Caps Lock” düyməsinin aktiv olması.
2. Kompyuterin dil bölməsinin fərqli olması.
3. Hərflərin böyük və ya kiçiklə yazılması.
4. Browser-in (Google Chrome,Firefox,Opera və s.) cash bölməsinin həddindən artıq dolu olması. Klaviaturada “Ctrl+Shift+Del” düymələrinə basmaqla həmin bölməyə daxil olub artıq yükləmələri təmizləyə bilərsiniz.
Onu da qeyd edək ki, yaddan çıxmış parolu yeniləmək üçün öz şəxsi e-mail ünvanınızdan istifadə edə bilərsiniz. Bunun üçün “İstifədəçi tənzimləmələri/Security/E-mail” bölməsinə daxil olaraq lazımi e-mail ünvanını qeyd etmək lazımdır.
Xəbərdarlıq yaradarkən “Səsli URL” bölməsinə URL formasında olan müxtəlif səslər əlavə etmək mümkündür. Faylın həcminin 0,5Mb-dan çox olmaması məsləhət görülür.
Xəbərdarlıqlar Sizi daimə narahat etməsin deyə onları aktiv və deaktiv etmək olur. Əgər xəbərdarlıq web səhifəsinə gəlir, lakin mobil applikasiyasına gəlmirsə ilk növbədə konfiqurasiyalardan həmin bölməni aktiv etmək lazımdır.
Əgər NV-dən 48 saatdan artıq məlumat yoxdursa həmin NV-nin işarəsi bulanıq forma alır. Qeyd edək ki, bu funksiyadan imtina üçün “İstifadəçi tənzimləmələri/Blur icons of inactive units” bölməsinin qarşısındakı xanadakı qeydi deaktiv etmək lazımdır
Bu məqsədlə “Apps” bölməsindəki “Actualizer” proqramından istifadə edə bilərsiniz. Həmin proqramda avadanlığın ötürdüyü son məlumata uyğun zaman göstərilmişdir.
Motosaatın hesablanması “İgnition” sensorunun qoşulma mövqeyindən asılıdır.
1. Əgər sensor açarın qoşulma kontaktına quraşdırılıbsa, onda motosaat açarın qoşulu vəziyyətindəki müddətdir.
2. Əgər sensor mühərrikə quraşdırılıbsa, onda motosaat mühhərikin qoşulu vəziyyətindəki müddətdir.
3. Əgər hər iki halın saatlarını hesablamaq lazımdırsa, onda 2 sensor quraşdırılmalıdır və onlar üçün ayrıca hesabatlar yaradılmalıdır.
NV-nin açarının qoşulu olan vəziyyəti “Motosaat”, hərəkətdə olan vəziyyəti isə “Səyəhət” kimi qeyd olunur. Əgər “Səyahət” parametri olaraq 10km/saat seçilibsə, onda NV-nin sürəti bu həddi aşdıqdan sonra “Səyahət” qeydə alınacaqdır.
Əgər bir hesabatın içində bir neçə cədvəl yaradılıbsa, yalnız o zaman Siz 2 cədvəli eyni zamanda görə bilərsiniz. Hesabatlar bölməsində hesabatı yerinə yetirdikdən sonra sağ küncdəki “Dual report view” düyməsini aktiv etməklə hesabatın içindəki digər cədvəlləri də görə bilərsiniz.
Qrup üçün nəzərdə tutulmuş hesabat , həmçinin tək NV-si üçün də istifadə oluna bilər.
Başlıca olaraq qeyd etmək istərdik ki, GPS və NV-nin odometri məsafəni fərqli texnologiyaya əsasən hesablayır. GPS məsafəni peykdən gələn məlumatlara əsasən riyazi olaraq, NV-si isə bunu müxtəlif elektro-mexaniki çeviricilər vasitəsi ilə hesablayır. Belə ki, NV-sinin odometr sensoru məsafəni hesablayarkən təkərin fırlanma sayını və diametrini nəzərə alır. Diametrin ölçüsü isə havanın temperaturundan, təkərin daxili təzyiqindən, ümumiyyətlə başqa diametrli təkərin qoyulmasından asılı olaraq dəyişə bilər. Bundan əlavə sürətin kəskin artımı və azalması zamanı  təkərin yerində boşuna dövr etməsi də NV-nin odometr sensorunun səhv göstərici verməsinə səbəb olur. Ümumiyyətlə odometr sensorlarının tipindən asılı olaraq onların xətası dəyişir (mexaniki 12-15%, elektro-mexaniki 5-7%, elektron 5%). GPS vasitəsi ilə təyin olunan məsafəyə isə bu faktorların heç biri təsir etmir. GPS-in maksimum xətası 1.5%-ə qədər ola bilər ki,  buna da səbəb ərazinin relyefi və əks olunan siqnallardır.
İstifadəçinin konfiqurasiyasında yerləşən “Locator” bölməsi vasitəsi ilə istənilən NV-si üçün link yaradıb, onun mövqeyini, sensorunun məlumatlarını lazımi şəxslərlə bölüşə bilərsiniz.
“Alətlər” bölməsində yerləşən “LBS detector” proqramı vasitəsilə telefon şəbəkələrinə əsasən təxmini olaraq ünvanı təyin etmək olar.
Buna səbəb “Nəzarət” panelindəki “Cihazı xəritədə izlə” xanasının qeyd olunmasıdır. Əgər NV-nin qarşısındakı həmin xana qeyd olunubsa, onda xəritə də onunla birgə hərəkət edəcəkdir.
Əgər NV-nin sürəti səyahət parametrindəki sürətdən (məsələn, 3km/saat) azdırsa və o, 300 saniyədən az müddətdə dayanıbsa, bu hal dayanma kimi qeydə alınır. Əgər NV-nin sürəti səyahət parametrindəki sürətdən (məsələn, 3km/saat) azdırsa və o, 300 saniyədən çox müddətdə dayanıbsa, bu hal durma kimi qeydə alınır. Bu konfiqurasiyalar standart olaraq qeyd olunub və onları dəyişmək mümkündür.
Mümkündür. Bu əməliyyatı həm “Nəzarət” panelindəki, həm də “Hesabat” panelindəki ünvanlara tətbiq etmək olar.
Sistem istədiyiniz hesabat formasını qeyd etdiyiniz periodlarda e-mail ünvanınıza avtomatik olaraq göndərmək xüsusiyyətinə malikdir.
NV-nin idarə edilməsinin qiymətləndirilməsi həm NV-nə, həm də sürücüyə görə aparıla bilər. Bu prosesi 3 yolla həyata keçirmək mümkündür:
1. “IDriveSafe” proqramı vasitəsilə. Bu proqram qiymətləndirməni kəskin sürət artımı/azalması və kəskin dönmə kriteriyalarına əsasən aparır. Bu dəyərləndirməni həyata keçirtmək üçün müxtəlif tipli NV-ləri üzərində 3aylıq test prosesi aparılmışdır. Qeyd edək ki, bu kriteriyaları dəyişmək hələki mümkün deyil.
2. “Eco Driving” proqramı vasitəsilə. Bu proqram qiymətləndirməni sürət həddi aşması, kəskin sürət artımı/azalması və kəskin dönmə kriteriyalarına əsasən aparır. Qeyd edək ki, bu kriteriyaları dəyişmək mümkündür.
3. Əlavə proqram yazmaq vasitəsilə. Sistemdən gələn məlumatları öz proqram təminatınıza ötürməklə onlar üzərində müxtəlif əməliyyatlar edə bilərsiniz.
Bu məqsədlə ilk növbədə Sürücüləri sistemdə bir-birindən ayırd etmək üçün onların hər birinə unikal kodlu eyniləşdirmə açarı verilir. Bu açarlar vasitəsi ilə NV-si sürüldükdə məlumatlar, eləcə də qayda pozuntuları həmin Sürücünün adına qeydə alınır.
Sistem hesabatları Sizə rahat olan formaya salmaq xüsusiyyətinə malikdir. Belə ki, lazım olamayan sütunları silmək və ya yeni sütunlar əlavə etməklə bu nəticəni əldə etmək olar.
Yanacaq sensoru olmadan yanacağa nəzarət yalnız riyazi hesablamalara əsasən aparıla bilər. Əgər sistemə NV-nin şəhər içi/şəhərlər arası sürülmə, yerində işlək vaziyyətdə olma yanacaq sərfiyyatı normativləri daxil edilsə, daha sonra Siz yanacaq barəsində məsafəyə əsasən riyazi hesablanmış məlumatları əldə edə bilərsiniz.
Bildiyiniz kimi, NV-si sürülərkən eniş və yoxuşda baş verən çalxalanmalar  təbii olaraq yanacaq sensorunun  qeyri-dəqiq məlumatlar ötürməsinə səbəb olur. Lakin sistem hər gələn məlumatı birbaşa olaraq yox, hesablama filtirindən keçirdikdən sonra qeydə alır və beləliklə, orta qiymətin əldə edilməsi ilə xətalar aradan qaldırılır.
Sistemə gəlmiş xəbərdarlıqlar sistemdə qeyd olunur və “Hesabatlar” bölməsindən istifadə edərək qaçırdığınız xəbərdarlıqlara daha sonra baxa bilərsiniz.