Haqqımızda

Bizness proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün telematik həllər

Naqilsiz telemetriya – qlobal yertəyinetmə (GPS) və mobil şəbəkələr vasitəsi ilə paket məlumatların ötürülməsi (GPRS) kimi iki müasir texnologiyanın birləşməsi əsasında çalışan xidmətdir. Xidmətin geniş tətbiqi nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlıdır: nəqliyyat vasitəsinin yerdəyişməsi, sürücü tərəfindən vəzifələrinin icrası, təhlükəsiz avtomobil idarəetmə, yanacaq sərfiyyatının hesablanması və s. Nəqliyyatla yanaşı telematikanın tətbiqi nəticəsində təhlükəsizlik, nəzarət və idarəetmə ilə bağlı məsələlərin səmərəli həlli digər sahələrdə də mövcuddur. Fərdi şəxslər öz evlərini, banklar – bankomatları, kommersiya strukturları – ticarət aparatları və nağd pul-maşınları, istehsalçılar – istehsalat avadanlıqlarını, daşınma şirkətləri – konteyner və vaqonları, aqrar sahə – kənd təsərrüfatı texnikasını, infrastruktur müəssisələri – sayğac və nəzarət avadanlıqlarını bu xidmət vasitəsi ilə izləyib məsafədən idarə edə bilərlər. А+А Security artıq 12 ildir ki, məsafədən nəzarət və idarəetmə sahəsində unikal xidmətlərin təşkili ilə məşğuldur. Raqiblərimizdən bizi fərqləndirən uzunmuddətli təcrübəmiz, hər gün yeni məsələlərə həll tapmaq üçün çalışqanlığımız, müştərinin tələblərinə tam cavab verməyimiz, çevikliyimiz və yenilik yönümlü olmağımızdır. Bu istiqamətdə irəliləyərək, mövcud Azərbaycan bazarı üçün nadir olan bir sıra yeni funksional imkanları icad edib, tətbiq etmişik.

Biz müştərimizin ehtiyaclarını öyrənirik, müəssisənin daxili biznes prosesləri və  ticarət-maliyyə sənəd dövriyyəsi sistemləri ilə (1С, Logo, SAP və s.)  inteqrasiyası nəzərə alınmaqla, hər müəssisənin xüsusiyyətlərinə uyğun həlləri fərdi şəkildə işləyib hazırlayırıq. Belə yanaşma müştərilərimizin işini rahatlaşdırır, təşkilatınların xərclərinə nəzarət etməyə və onları azaltmağa imkan yaradır, nizam-intizamı və səmərəliliyi artırır, əlavə mənfəət gətirir.