Dəstəklənən Parametrlər
EDGE hesabatı
GPS Sistemimizin əsas üstünlüyü təqdim etdiyimiz məlumatların çeşidliyidir. Müştərinin gözüylə baxaq. Müştəriyə hansı məlumatlar maraqlıdır?
1. Yanacağın sərfiyyatı
a) Yük maşının orta yanacaq sərfiyyatı – 30l/100km
b) Dizel yanacağının 1 litrinin qiyməti – 60 qəpik
c) Günlük ortalama yürüş – 200 km
Beləliklə, bir nəqliyyat vasitəsi üçün yanacağa çəkilən illik xərc – 10800 manat təşkil edir.
Bu xərci sistemimizdən yanacağın sərfiyyatına nəzarət edərək 15-20% azaltmaq mümkündür:
– Sadə avadanlıq vasitəsi ilə – Şəhər içi/şəhərdən kənar yürüş, yerində işləmə və yüklü/yüksüz işləmə normativlərinə əsasən yanacağın sərfiyyatının riyazı hesablanması;
– Nəqliyyat vasitəsinin mövcud sensorlarından faktiki yanacaq sərfiyyatı məlumatının oxunması
– Nəqliyyat vasitəsinin yanacaq sisteminə sayğacın quraşdırılması ilə faktiki yanacaq sərfiyyatı məlumatının alınması
2. Nəqliyyat vasitəsinə göstərilən periodik xidmətlər:
b) Filtrlərın və digər ehtiyyat hissələrinin dəyişməsi
c) Planlı və qeyri-planlı təmir işləri
d) Sığorta müqaviləsinin yenilənməsi
Sistem Sizi bu və digər periodik xidmətlər haqqında xəbərdar edəcək. Zamanında göstərilən xidmət daha böyük xərclərin çəkilməsinin qarşısını alır.
3. Nəqliyyat vasitəsinin sürücü tərəfindən idarəedilməsi keyfiyyətinə nəzarət:
a) Sürət həddinin aşması,
b) Sürətin kəskin azaldıb/artırılması
Bu parametrlərə nəzarət edərək bir çox qəza hallarının qarşısını almış, cərimələrin sayını azaltmış və ümumiyyətlə, nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin “ömrünü” uzatmış olacaqsınız.
4. Xidmət keyfiyyətinin artırılması:
a) Əbəs durmaların qarşısının alınması
b) Nəqliyyat vasitəsindən şəxsi məqsədlərlə istifadənin qarşısının alınması
c) Malın vaxtında çatdırılması
d) Daşınan malların təhlükəsizliyi
5. Mövcud ERP sistemləri ilə inteqrasiya
Müştərimizin ehtiyaclarını öyrənərək Sistemi müəssisənizin daxili biznes prosesləri və maliyyə-dövriyyə sistemləri ilə (1С, Logo, SAP və s.) inteqrasiyası edirik. Hər müəssisənin xüsusiyyətlərinə uyğun həlləri fərdi şəkildə işləyib hazırlayırıq. Belə yanaşma Sizin işinizi rahatlaşdıracaq, təşkilatınızın xərclərinə nəzarət etməyə və onları azaltmağa, nizam-intizamı və səmərəliliyi artırmağa imkan yaradacaq, əlavə mənfəət gətirəcək.
Tətbiq sahələri:
1) Daxili və xarici yük daşınmaları
7) Kənd təsərrüfatı sahəsi