Webtrack şirkətinizin daxili proseslərini optimallaşdırılan bir vasitədir. Lakin müxtəlif səbəblərdən İstifadəçilər təklif edilən texnologiyalardan hər zaman 100% istifadə etmir.
Bu səbəbdən sistemdə istifadə edilən və daha çox faydalı olan 5 funksiyaları seçib Sizə təqdim etmək istəyirik. Ümid edirik ki, qeyd edilən funksiyalar İzləmə sisteminin istifadəsində Sizin üçün asanlıq yaradacaq.
Aşağıdakı özəllikləri Sizə təqdim etmək istəyirik.
- “Nəzarət” panelin tənzimlənməsi
- “Tapşırıqlar” panelində hesabatların elektron poçt ünvanına göndərilməsi
- “Xəbərdarlıqlar”- ın növləri
- Xəritə üzərində axtarış
- Yaxınlıqda olan nəqliyyat vasitələrinin axtarışı
1-ci özəllik: “Nəzarət” panelin tənzimlənməsi:
“Nəzarət” bölməsi “Nəqliyyat Parkına İzləmə Sistemi”-nin əsas və ən vacib istifadə olunan hissələrdən biridir. Buna görə “Nəzarət” panelini iş prosesinizə uyğun olaraq (3 nöqtəyə daxil olmaqla) tənzimləyə bilərsiniz.
Məsələn “Tez trek” funksiyasını seçərkən həmin nəqliyyat vasitəsinin getdiyi yolları əldə edirsiz və hətta Sizə lazım olan vaxtı seçib yaddaşda saxlaya bilirsiz.
2-ci özəllik: “Tapşırıqlar”- Hesabatın elektron poçt ünvanına göndərilməsi:
Monitorinq sistemində “Tapşırıqlar” bölməsinin bir neçə növü mövcuddur. Əsas növlərindən olan “Hesabatın Elektron poçt ünvanına göndərilməsi” xüsusiyyətini Sizin diqqətinizə çatdırmaq istəyirik. Bu funksiya iş prosesinizi tezləşdirir və qısa bir zamanda monitorinq sistemindən lazım olan məlumatları avtomatik olaraq smartfon və ya planşetinizdə əldə etməyinizə imkan yaradır!
3-cü özəllik: “Xəbərdarlıqlar”
Monitorinq sistemində “Tapşırıqlar” və “Xəbərdarlıqlar” bölməsi hər biri Sizin iş proseslərinizin optimallaşdırılmasına və vaxtınıza qənaət etmək üçün yaradılmışdır. Sistemdə 20 növ xəbərdarlıq mövcuddur.
Müştərilərin daha çox istifadə etdiyi xəbərdarlıqlar:
- sürət həddlərinin aşılması
- sürətin kəskin azalması/artması
- yanacağın doldurulması və ya boşaldılması.
Digər xəbərdarlıqlar. Məsələn:
- Nəqliyyat vasitəsi lazım olan ünvana çatdımı? Bu haqqda Siz “Geozona” xəbərdarlıqları vasitəsi ilə məlumatlandırıla bilərsiniz.
- Nəqliyyat vasitəsi uzun zaman boş dayanıb? Bu haqda Siz vaxtında “Boş dayanma” xəbərdarlığı vasitəsilə məlumatlandırıla və bununla xərclərinizi azalda bilərsiniz.
- Nəqliyyat vasitəsi qeyd edilmiş nəzarət məntəqələrinə daxil olmayıb? Bunun üçün “Marşurutun yolu” xəbərdarlığını qeyd edərək nəzarət edə bilərsiniz.
- Texniki xidmətin keçirilmə vaxtını qaçırtmaq istəmirsiz? O zaman “Texniki xidmət” xəbərdarlığını yaradın və öncədən lazımlı olan xidmətlərin keçirilməsi barədə məlumatları əldə edin.
- Sizin sürücünüz “SOS” siqnalını göndərib? Dərhal əlaqə saxlayın.
4-cü özəllik: “Xəritə üzərindən axtarış”
Nəqliyyat vasitələrinin, sürücülərin və yaxud hər hansı bir geozonaların tez axtarışında Sizə “Xəritə üzərindən axtarış” düyməsi yardımçı olacaq.
5-ci özəllik: “Yaxınlıqda olan cihazlar” aləti
Bəzi hallarda nəqliyyat vasitələrin təcili yüklənməsi üçün lazım olan anbara yaxın nəqliyyat vasitələrin mövcudluğunu bilmək üçün “Ən yaxındakı cihazlar” alətindən istifadə edə bilərsiz.
Bu alət necə istifadə olunur?
İlk öncə şəkildə göründüyü kimi lazımlı aləti seçin.
Yeni pəncərə açıldıqdan sonra axtarış üçün nəqliyyat vasitələrin sayını daxil edin.
Yaxınlıqda olan nəqliyyat vasitələrin 3 axtarış yolu mövcuddur:
- Xəritə üzərinə 2 dəfə klikləmək.
- Ünvanları “Axtarış” düyməsinə daxil etmək.
- Xəritə üzərində axtarış keçirilən ərazini seçmək.
Bundan sonra Monitorinq Sistemi Sizə yaxınlıqda olan nəqliyyat vasitələrini göstərəcək.
Biz Sistemin yalnız 5 özəlliklərini Sizə təqdim etdik. Sistemin belə imkanları kifayət qədər çoxdur. Ümid edirik ki, bu 5 təqdimat Sizin şirkətin işini daha keyfiyyətli və səmərəli olmasına xidmət edəcək.
Bizim xidmətimizi seçdiyiniz üçün minnətdarlığımızı bildiririk!