Biznes proseslərin avtomatlaşdırılması
14 iyun tarixində Excelsior otelində A+A Security şirkəti tərəfindən “Biznes proseslərin avtomatlaşdırılması” adı altında konfrans keçirildi. A+A Security komandası konfransın bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirir. Sizi yenidən görməyimizə çox şad olduq.
Konfransımıza qatıla bilməyən dəyərli miştərilərimizin diqqətinə məlumat üçün həmin günün qısa xülasisəsini aşağıda çatdırırıq:
09:30 Tanışlıq və qeydiyyat.
10:00 Xoş gəlmisiniz.
“A+A Security” şirkəti haqqında ümumi məlumat”.
Əli-Abbas Axundov – şirkətin biznesin inkişafı üzrə müdir müavini
10:10 “Biznes proseslərin avtomatlaşdırılması və Webtrack yanacağa nəzarət”. – Yanacaq operatorunun (Azpetrol) sistemi ilə GPS Nəzarət sisteminin inteqrasiyasi. Proqram vasitəsi ilə GPS nəzarət sisteminin göstəriciləri ilə yanacaq kartından silinən yanacaq həcminin müqayisəsi. Nəticədə yanacaq oğurluqlarının aşkar olunması, yanacağa çəkilən xərclərin azaldılması.
Ülviyyə Xəlilova – Simsiz Telemetriya departametinin rəhbəri
10:25 “RAG report” – Sürücünün nəqliyyat vasitəsini təhlükəsiz idarəetməsinə əsasən qiymətləndirilməsi. Qiymətləndirmə şirkət tərəfindən müəyyən edilmiş sürət həddini aşma, sürəti kəskin dəyişmə (qəfil əyləcləmə və ya sürəti ani artırma) və kəskin bucaqlı döngələrə yüksək sürətlə daxil olması kimi qayda pozuntularına əsasən aparılır.
Kəmalə Əsədova – texniki həllər üzrə mühəndis
10:40 “FleetRun” – Avtoparkın texiniki servislərinə nəzarət.
Nəqliyyat vasitəsinə getdiyi məsafədən, motosaatdan və zamandan asılı olaraq texniki servis xidmətlərinin proqram vasitəsi ilə tənzimlənməsi , xidmətin yaxınlaşması haqqında xəbərdarlıqların və texniki servisə çəkilən xərclər üzrə hesabatların alınması.
Nizam Qəhrəmanov – texniki həllər üzrə mühəndis
11:00 Çay/kofe fasiləsi
11:30 “Yol vərəqələrinin avtomatlaşdırılması”. – Nəqliyyat vasitəsinə və sürücüyə aid məlumatların yol vərəqəsinə avtomatik doldurulması, bununla yol vərəqələrinin tərtib olunmasına sərf olunan vaxtın azaldılması.
Vəcihə Zeynalova – müştəri məmnuniyyəti üzrə menecer
11:45 “Sürücü yorğunluğuna nəzarət”. – Sürücünün nəqliyyat vasitəsini davamlı sürməsi müddətinə və günlük/həftəlik istirahət rejiminə proqram vasitəsi ilə nəzarət.
Nicat Talıbov – proqramçı-mühəndis
12:05 “Sürücü köməkçisi”. V.1.1. – Distribusiya/daşınma ilə məşğul olan sürücülərin gün ərzində təyin olunacaq nöqtələrə dair məlumatların telefon və ya planşetlər (Android) vasitəsi ilə alması, seçilən nöqtəyə proqram vasitəsi ilə optimal marşrutun çəkilməsi, sifarişlərin statusuna (çatdırılıb/çatdırılmaması/imtina) dair məlumatların qeydiyyatı, çatdırılmayan sifarişlərin növbəti günün təyinat nöqtələrinə avtomatik əlavə olunması
Kamran Cəbiyev – baş proqramçı
12:20 “Cari layihələr”. – İcraatda olan cari layihələrimiz:
- Marşrutların optimallaşdırılması və sifarişlərin izlənilməsi. – gün ərzində təyin olunan nöqtələr üzrə optimal marşrutun müəyyən olunması, hesabatların alınması, satış nümayəndələri üçün mobil əlavə
- Yaşayış kompleksində su sərfiyyatına nəzarət. – Metrik avadanlıqların (sayğacların) məlumatlarının məsafədən toplanması, idarə olunması və analizi
- Müəssisə ərazisində istifadə olunan texnikalar üçün həllər. -İstehsalat avadanlıqlarının istifadəsinə nəzarət. Avadanlıqların gündəlik yoxlanılması statusunun qeydiyyatı üçün mobil əlavə.
Eyyub Zeynalov – İnkişaf və dəstək şöbəsinin rəhbəri
12:40 Suallar. Hədiyyələrin təqdim olunması.
13:00 Nahar fasiləsi